Kanadanın maliyyə naziri Kristia Friland “Reuters” agentliyinə verdiyi açlqlamada Ottava Moskvanın G20 sammitində iştirakına qarşı olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “News.ru” yazır.
“...G20 Rusiya ilə danışıqlar masası arxasında effektiv fəaliyyət göstərə bilməz. Qlobal iqtisadi rifahı qorumaq üçün bir araya gələn ölkələrin masasında onun yeri yoxdur. Rusiya eyni zamanda brakonyer və mühafizəçi ola bilməz”, -deyə kanadalı nazir bildirib.
Qeyd edək ki, bu arada Böyük Britaniya Xəzinədarlığının rəhbəri Rişi Sunak G20-nin müvafiq nazirlər toplantısı çərçivəsində yalnız ən mühüm görüşlərdə iştirak edəcəyini bildirib. O, Rusiya nümayəndələrinin iştirakına görə qalan bütün tədbirlərin hamısını boykot etmək niyyətindədir.
Britaniyalı nazir bəyan edib: G20-nin əsas iclaslarında müttəfiqləri ilə Rusiyanın təcavüzünü pisləmək, onu cəzalandırmaq və Ukraynanı dəstəkləmək üçün daha koordinasiyalı fəaliyyətə təkan vermək üçün işləməyə davam edəcək.
Qeyd olunur ki, Sunak yüksək ehtimalla amerikalı həmkarı Canet Yellendən nümunə götürməyə qərar verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB