Әfqanıstanda törәdilәn hücum nәticәsindә 33 nәfәr ölüb

Әfqanıstanda törәdilәn hücum nәticәsindә 33 nәfәr ölüb

Әfqanıstanın Kunduz vilayәtinin İmam Sahip qәsәbәsindә törәdilәn hücum nәticәsindә 33 nәfәr ölüb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Bu barәdә İmam Sahip qәsәbәsinin Polis İdarәsinin rәisi Hafiz Ömәr malumat verib. Taliban müvәqqәti hökumәtinin sözçüsü Zabidullah Mücahid rәsmi internet sәhifәsindә verdiyi bәyanatda Mevlevi Sikander mәscidindә törәdilәn hücum nәticәsindә 33 adamın öldüyünü bildirib.

Hücum nәticәsindә 43 nәfәrin yaralandığını ifadә edәn Mücahid cinayәtkarların әn qısa zamanda saxlanılacağını qeyd edib.Şahidlәrin mәlumatına әsasәn, hücum cümә namazından sonra törәdilib.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə