Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında keçirilən əməliyyatda ilk təsbitlərə görə 50 terrorçunun zərərsizləşdirildiyini bildirib.
SİA-nın xatici mətbuata istinadən verdiyi xəbərə görə, Dünən 1 polisin şəhid olduğu Fərat Qalxanı və Zeytun Budağı əməliyyatı bölgələrində Türkiyə Silahlı Qüvvələrinin bazalarına hücum edən terrorçulara qarşı əməliyyatlarda 50 PKK/YPG terrorçusunun zərərsizləşdirilib.
Nazirlikdən verilən açıqlamada Fərat Qalxanı Əməliyyat Bölgəsindəki Mare qəsəbəsində polis nəzarət məntəqəsinə tank əleyhinə silahlarla hücum edildiyi və xüsusi təyinatlı polis Aytaç Altunörsün şəhid olduğu xatırladılıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB