Yaponiyada turist gəmisi batıb

Yaponiyanın Hokkaydo sahillərində okeana batan KAZU adlı qayıqda iki uşaq sərnişin olub.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Yaponiyanın şimalındakı Hokkaydo əyalətinin sahillərində içərisində 26 nəfərin olduğu turist qayığı batıb. Xilasetmə qruplarının Şiretoko yarımadası yaxınlığındakı əraziyə yönəldildiyi bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə