Ötən aylarda Yeniköydə balıqçı restoranında yeni sevgilisi ilə şam yeməyi yeyən Türkiyəli aktrisa Bestemsu Özdemir həmin məkandan qaçaraq mətbuat mənsublarının çəkilişinə imkan yaratmamışdı. SİA xarici mətbuata istinadən xəbər verir ki, eyni zamanda sevgilisi də tələsik restorandan çıxmışdı.
Cənabın köməkçisinin mətbuat mənsublarının görüntü əldə etməməsi üçün kameralar qarşısına keçərək jurnalistlərin qarşısını almağa çalışması diqqət çəkib.
Bestemsu Özdemirin yanında olan şəxsin mebel istehsalçısı Serkan Mehmet Durdu olduğu öyrənilib. O, münasibətləri ilə bağlı suallara cavab verməyib.
Xoşbəxtliklərini davam etdirən Bestemsu Özdemir və sevgilisi Serkan Mehmet Durdu bir müddət əvvəl Bebekdə yenidən bir məkandan əl-ələ gəzərkən görüntülənib. Məşhur cütlük, bu dəfə mətbuat mənsublarının qarşısına, əl-ələ çıxıb. Mətbuat mənsublarının suallarını cavablandıran gözəl aktrisa "Münasibətimiz təxminən iki-üç ay əvvəl başlayıb" deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB