Rusiya Müdafiə Nazirliyi Qara dənizdə batan “Moskva” kreyserində bir nəfərin öldüyünü, 27 nəfərin isə itkin düşdüyünü açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiya donanmasının flaqmanı sayılan “Moskva” kreyserinin Ukrayna sahillərində baş verən partlayışdan sonra gəmilər tərəfindən yedəyə alınarkən batmasından sonra itkilərlə bağlı ilk rəsmi məlumatı dərc edib.
1 nəfərin həyatını itirdiyi, 27 nəfərin itkin düşdüyünə diqqət çəkən nazirlik açıqlamasında bildirib ki, 13 apreldə gəmidəki sursatın partlaması nəticəsində meydana gələn yanğın səbəbindən "Moskva" kreyserinə ciddi ziyan dəyib. Ekipajın yanğını söndürmə işləri heç bir nəticə verməyib. Gəminin zədələnməsinin qarşısını almaq üçün aparılan mübarizədə 1 əsgər həlak olub. Qalan 396 ekipaj üzvü kreyserdən Qara dəniz donanmasının gəmilərinə təxliyə edilərək Sevastopol şəhərinə gətiriliblər.
Nazirlik ölən, yaralanan və itkin düşən əsgərlərin ailələrinə dəstək veriləcəyini, xilas edilən dənizçilərin isə Qara Dəniz Donanmasının digər hərbi gəmilərində vəzifələrini davam etdirəcəklərini bildirib.
Nazirlikdən verilən açıqlamada, xilas edilən əsgərlərin Qara dəniz donanmasında iştirak etməyə razı olduqları bildirilib, “Qara dəniz donanması komandanlığının "Moskva" kreyserinin ekipajı ilə keçirdiyi görüşlər nəticəsində böyük əksəriyyəti zabitlər, dənizçilər və müqaviləli dənizçilər Qara dəniz donanmasının gəmilərində xidmətə davam etmək istəklərini ifadə etdilər deyilib. Nazirlikdən bildirilib ki, Qara dəniz donanmasında iştirak etmək istəməyən dənizçilər də digər donanmalarda vəzifələrini davam etdirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB