Kiyevdə Pasxa bayramı ilə bağlı komendant saatının vaxtı dəyişdirilib

Kiyevdə Pasxa bayramı ilə bağlı komendant saatının vaxtı dəyişdirilib

Ukraynanın paytaxtı Kiyevdə və Kiyev vilayətində Pasxa bayramı ilə bağlı komendant saatının vaxtı dəyişdiriləcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində məlumat verib.

Onun sözlərinə görə, komendant saatı aprelin 23-dən 24-nə keçən gecə saat 23:00-dan 05:00-dək tətbiq ediləcək.

“Vətəndaşların təhlükəsizliyi və Pasxa gecəsində mümkün təxribatların qarşısını almaq məqsədilə komendant saatı tətbiq ediləcək. İbadət mərasimləri gecə onlayn şəkildə keçiriləcək”, - deyə Vitali Kliçko bildirib.

Kiyev meri vətəndaşları komendant saatı qaydalarına riayət etməyə və Pasxa bayramını təhlükəsiz şəkildə qeyd etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə