Qərb Ukraynadakı münaqişənin uzanmasını istəyir

Belarusun maliyyə naziri ölkənin mümkün texniki defoltunu problem hesab etmir
Qərb Ukraynadakı münaqişənin uzanmasını istəyir

Belarusun maliyyə naziri Yuri Seliverstov “Belarus 1” telekanalının efirində Qərbin ölkəni texniki defolt elan etməsi ehtimalından danışıb.

SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Qərbin Minskə qarşı sanksiyaları ödənişlərin bir hissəsini həyata keçirməmək, defolt elan etmək və respublikada ödəyə bilməzlər demək məqsədi daşıyırdı.

“...Ancaq savadlı insanlar niyə ödəyə bilmədiklərini anlayacaqlar. Düşünmürəm ki, bu vəziyyətdə defoltdan qorxmaq lazım deyil” -deyən nazir bunun böyük problem olacağına inanmır. Onun fikrincə, onlarla işləmək və onlardan ödənişlər almaq istəyənlər yenə də almağa davam edəcəklər.

Qeyd edək ki, bir müddət bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrini Rusiya və Belarusu müharibədə “batırmaq” istəməkdə ittiham edib. Onun fikrincə, Qərb nizamlanma istəyi ilə bağlı ictimai bəyanatlar səsləndirsə də, amma Ukraynadakı münaqişənin daha çox uzanmasında maraqlıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə