İrland deputat ABŞ-ı vassal adlandırdı

İrland deputat ABŞ-ı vassal adlandırdı

Avropa Birliyi özünü ABŞ-ın vassalı kimi aparır və Vaşinqton naminə öz iqtisadi və təhlükəsizlik maraqlarını qurban verir.

SİA xəbər verir ki, bunu “Global Times” qəzetinə müsahibəsində İrlandiyadan olan Avropa Parlamentinin deputatı Kler Deyli deyib.

Parlamentarinin sözlərinə görə, Avropa daha çox müstəqil olmaq istəyini bəyan edir, lakin Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlaması ilə onlar özlərini sözün əsl mənasında ABŞ-ın vassalı kimi aparırlar. Deyli qeyd edib ki, Avropa maraqları Rusiyaya qarşı olan ABŞ maraqlarına qurban verilir.

Bundan əlavə, Deyli Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları tənqid edərək qeyd edib ki, məhdudiyyətlər nəticə vermir və çəkindirici qüvvəyə çevrilməyəcək.

“Əgər Avropa ABŞ-ın əldə etməyə çalışdığı Rusiyanın enerji resurslarının tədarükünü kəsərsə, o zaman yüz minlərlə, bəlkə də milyonlarla avropalı işini itirəcək... Və unutmayın ki, bu tədbirlərin heç biri tək bir Ukraynanın həyatını xilas etsə də, Avropa iqtisadiyyatını məhv edəcək” -deyə irlandiyalı deputat bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə