Fransa ərazisində aprelin 24-nə təyin olunmuş prezident seçkisinin ikinci turundan əvvəl sükut günü başlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, Fransa seçki kodeksinə əsasən, gün ərzində təbliğatın aparılmasına qadağa qoyulub.
Prezidentliyə namizədlərin bu andan seçkiöncəsi mitinqlər keçirmələri, müsahibələr vermələri və digər yollarla kampaniyalar aparmaları, KİV-lərin isə fransalı seçicilərin seçki öncəsi fikirlərinə təsir edə biləcək məqalələr dərc etmələri qadağandır.
Statistika və İqtisadi Tədqiqatlar Milli İnstitutunun məlumatına əsasən, seçicilər siyahısında 48 milyondan çox fransalı qeydiyyata alınıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı prezident Emmanuel Makronun ətrafından bildirilib ki, o, ənənəsi üzrə günü dənizkənarı Le Tuke kommunasındakı ailəvi evində keçirəcək.
“Milli Birlik” partiyasından olan namizəd, parlamentin deputatı Marin Le Pen isə Pa-de-Kaledəki Enen-Bomon kommunasında olacaq. Siyasətçi orada 2007-ci ildən yaşayır və bu dairəni Milli Yığıncaqda təmsil edir.
“Elabe” xidmətinin apardığı son ictimai rəy sorğusuna əsasən, Makron seçkiöncəsi mübarizənin ikinci turunun lideridir. Ondan ötrü 55,5 faiz seçici səslərini verməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB