Bosniya və Herseqovinada 5,7 bal gücündə zəlzələ olub

Bosniya və Herseqovinada 5,7 bal gücündə zəlzələ olub

Bosniya və Herseqovinanın cənubundakı Stolaç şəhəri yaxınlığında Rixter cədvəli üzrə 5,7 bal gücündə zəlzələ baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, zəlzələnin episentrinin Stolaç şəhərindən 15 kilometr uzaqlıqda olduğu bildirilib. Paytaxt Sarayevo da daxil olmaqla, bütün ölkə ərazisində hiss edilən zəlzələ səbəbindən episentrə yaxın olan Stolaç və Mostar şəhərlərində bəzi binalara ziyan dəyib.

Zəlzələnin Xorvatiya, Albaniya, Monteneqro, Şimali Makedoniya, Kosovo, Serbiya və Sloveniyada, hətta İtaliyada da hiss olunduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə