Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov xüsusi əməliyyatda iştirak etmək üçün Çeçenistandan Ukraynaya yeni könüllülər dəstəsinin yola düşdüklərini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, Telegram kanalında yazıb.
Ukraynada xüsusi əməliyyatda iştirak etmək üçün könüllülərdən ibarət daha bir dəstə göndərdiklərini yazan Ramzan, bu gün guya ölkənin hər yerindən yüzlərlə əsl vətənpərvərin könüllü olaraq dislokasiya zonasına Bandera və millətçi şər ruhlarla döyüşlərə “atıldığını” bildirib.
Onun sözlərinə görə, könüllülərin hər biri Qudermesdəki Rusiyanın “Spetsnaz” Universitetində tam hazırlıq kursu keçib. Kadırov izah etdi ki, peşəkar təlimatçılar onlara hərbi sənətin əsaslarını öyrədirdilər.
Qeyd edək ki, bir müddət bundan əvvəl Kadırov “Luqansk Xalq Respublikası”nda yerli sakinlərin çoxunun guya çeçen döyüşçülərindən onlara Çeçenistanın bayraqlarını vermələrini xahiş etdiklərini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB