Çexiya BMT-nin İnsan Hüquqları Şurasında Rusiyanı əvəz etmək istəyir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Çexiya Xarici İşlər Nazirliyi “Twitter”də bildirib. Qeyd edək ki, Praqa artıq bununla bağlı müvafiq ərizə də verib.
“...Çexiya İnsan Hüquqları Şurasında Rusiyanı əvəz etmək istəyir. Çünki hökumətinin prioriteti insan haqlarını dəstəkləməkdir”. Bu, Çexiya rəhbərliyinin açıqlamasıdır.
Yeri gəlmişkən xatırladaq ki, aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın İnsan Hüquqları Şurasında iştirakını dayandıran qətnamə qəbul edib. Belə ki, səsvermədə 93 dövlət qətnamənin lehinə, 24-ü əleyhinə, 58-i isə bitərəf qalıb. Onu da bildirək ki, BMT Rusiyanın İnsan Hüquqları Şurasındakı yerini qoruyacağını, lakin səsvermə və danışmaq hüququna malik olmayacağını açıqlayıb.
Qeyd edək ki, bu arada Avropa diplomatiyasının rəhbəri Josep Borrell Avropa İttifaqı üşün bunun zərurət olduğunu bildirmişdi.
...Amma Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Rusiyaya qarşı edilən bu “haqsızlığı” qurumun əlavə dəyərini artırmayacağını, əksinə, bu vəziyyətdə... uduzacağını dilə gətirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB