Ukraynadakı münaqişə nə vaxt bitəcək?

Vaşinqton silahlı münaqişə tərəfi statusundan yayınmaq üçün Kiyevə təyyarə vermir
Ukraynadakı münaqişə nə vaxt bitəcək?

"...Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin yaxın günlərdə və ya həftələrdə başa çatacağını gözləmir”.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikri Pentaqonun səlahiyyətli nümayəvdəsi Con Kirbi bildirib.

Potensial hərbi əməliyyatların daha uzun müddət davam edə biləcəyini istisna eməyən Pentaqon rəsmisi təmsil etdiyi təşkilatın Ukraynadakı münaqişənin müddəti ilə bağlı konkret proqnozunun olmadığını da etiraf edib.

Qeyd edək ki, Kirbi onu da bildirib ki, əgər Rusiya rəhbərliyi Ukrayna prezidenti Volodimir Zelenski ilə “səmimi danışıqlara getsə” bu halda Ukraynadakı zorakılığa elə “bu gün" son qoymaq olar. (...nə gözəl tapıntı...gör, kiminsə ağlına gələrdi-A.B.)

Qeyd edək ki, daha əvvəl də, Ukraynanın digər dövlətlərdən təyyarələr alıb səmada hərbi potensialını gücləndirməyə şalışdığını deyən Kirbi Vaşinqtonun silahlı münaqişə tərəfi statusundan yayınmaq üçün Kiyevə təyyarələr vermədiyini də bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə