Prezident oğurlananların xilas edilməsi barədə göstəriş verib

Prezident oğurlananların xilas edilməsi barədə göstəriş verib

Prezident Buxari, ölkəsində artan təhlükəsizlik problemləri səbəbindən paytaxt Abucada təhlükəsizlik qurumları ilə qapalı görüş keçirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Nigeriyanın Milli Təhlükəsizlik üzrə müşaviri Babaqana Monquno görüşdən sonra verdiyi açıqlamada, Buxarinin son vaxtlar ölkədə artan təhlükəsizlik problemlərindən təəssüfləndiyinə diqqət çəkib: “Buxari bütün əməliyyat və kəşfiyyat ünsürlərinə ölkədə oğurlanan insanların ən qısa zamanda və zərər görmədən xilas edilməsi üçün göstəriş verib”.

Xatırladaq ki, Nigeriyada silahlı şəxslərin martın 28-i axşam saatlarında Riqasa Qatar Stansiyasında sərnişin qatarına təşkil etdikləri bombalı hücum nəticəsində 8 nəfər həyatını itirdi, 46 nəfər yaralandı. Hökumət hücumdan sonra 170 nəfərin xilas edildiyini, 146 nəfərin isə itkin düşdüyünü bildirdi. Paytaxt Abuca ilə Kaduna arasında uçuşlar və qatar relslərini müvəqqəti dayandırılmması qərarına gəldi.

Bütün xəbərlər Facebook səhifəmizdə