Qubadlıda minaya düşən şəxs ağır xəsarət alıb

Qubadlıda minaya düşən şəxs ağır xəsarət alıb

Qubadlı Rayon Prokurorluğu minaya düşən şəxslə bağlı məlumat yayıb.

SİA APA-ya istinadən xəbər verir ki, aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə