Mişel ilə Putin arasında telefon danışığı olub

Şarl Mişel Vladimir Putinlə görüşərək, Ukraynada Rusiyanın mühasirəsində olan şəhərlərdən təhlükəsiz çıxışlara və Pasxa bayramı ilə əlaqədar atəşkəsə çağırıb.
Mişel ilə Putin arasında telefon danışığı olub

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Rusiya prezidenti Vladimir Putinlə görüşərək, Ukraynada Rusiyanın mühasirəsində olan şəhərlərdən təhlükəsiz çıxışlara və Pasxa bayramı ilə əlaqədar atəşkəsə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Mişel Putinlə telefon danışığı barədə sosila mediadan verdiyi açıqlamada deyib:

“Putinə Pasxa bayramı münasibəti ilə humanitar yardımların Mariupol və digər mühasirəyə alınmış şəhərlərə girişi və təhlükəsiz çıxışı üçün güclü çağırış etdim”.

Aİ-nin mövqeyini təkrarladığını qeyd edən Mişel Ukraynaya dəstəyin və Rusiyanın Ukraynaya hücumu (24 fevralda başlayan) səbəbindən tətbiq edilən sanksiyaların davam edəcəyini vurğulayıb.

Aİ rəsmilərindən biri deyib ki, Mişel Rusiyanın səhv hesablamalarını və itkilərini Putinlə bölüb.

Aİ rəsmisinin verdiyi məlumata görə, 2 gün əvvəl paytaxt Kiyevə səfər edən və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşən Mişel Zelenskinin xahişi ilə Putinə birbaşa Zelenski ilə görüşməyi tövsiyə edib.

Həmçinin bildirilib ki, Mişel aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş barədə Putinə məlumat verib və Putinə iki liderin sülh sazişi əldə etmək istəyini ifadə etdiyini çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə