Ukraynanın “gəlhagəlidir”...

Hollandiya Ukraynaya özüyeriyən artilleriya qurğuları vəd edib
Ukraynanın “gəlhagəlidir”...

Hollandiya hakimiyyəti Ukraynanı özüyeriyən artilleriya qurğuları ilə təmin etməyə hazırdır. Hollandiya Yayım Korporasiyasının məlumatına görə, bunu Niderlandın Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren bildirib.

SİA bu barədə “RİA Novosti” saytına istinad edir.

Ollonqren, həmçinin qeyd edib ki, Ukrayna hərbçilərinə təlim keçməyə kömək edəcək alman tərəfi onları həm də özüyeriyən silahlara maddi-texniki dəstək verəcəklər. Onun dediyinə görə, bu məsələlər üzrə danışıqlar demək olar ki, başa çatıb.

Bundan əvvəl Hollandiya Kiyevə yardım kimi ağır silahlar, o cümlədən zirehli texnika göndərməyə hazırlaşırdı. Eyni zamanda, Fransa Ukraynaya 155 mm-lik Sezar təkərli özüyeriyən qaubitsalar vəd edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə