Hollivudun məşhur ulduzları Jonny Depp və Amber Heard arasında sular durulmur. SİA- nın xarici mətbuata əsasən verdiyi məlumata görə, Jonny Depp keçmiş həyat yoldaşı, aktrisa Ember Heard-ə qarşı açdığı 50 milyon dollarlıq “böhtan iddiası”nda verdiyi ifadə ilə şoka salıb. Depp zorakılığın qurbanı olduğunu, hətta keçmiş həyat yoldaşının onun üzünə siqaret basdıgını açıqlayıb.
Evlilik müddətində yaşadıqları hadisələri açıqlayan cütlüyün açıqlamaları eşidənləri şoka salıb. 35 yaşlı amerikalı aktrisa Ember Heard 2015-2017-ci illər arasında evli olduğu məşhur aktyor Jonny Deppdən zorakılıq gördüyü iddiası ilə boşanmaq üçün məhkəməyə müraciət edib. Depp isə ona böhtan atıldığını əsas gətirərək 50 milyon dollarlıq iddia qaldırıb. Deppin məhkəmədəki ifadəsi hər kəsi şoka salıb.
O, 2015-ci ildə evləndiyi Amber Heardlə bağlı açıqlamalar verib. Depp Heardın hətta toyda da kimyəvi dərmanların təsiri altında olduğunu söyləyib.
Bildirilib ki, Amber Heard bu zaman məhkəmədə yerində oturub və ifadəsiz bir şəkildə düz irəli baxıb. Depp ifadəsində Heard tərəfindən dəfələrlə "alçaldıcı ləqəblərlə" anıldığını və təhqir edildiyini iddia edib: "Əmin idim ki, mübahisə etmək üçün qalsam, bu, sonda zorakılığa çevriləcək" ,- deyən Depp, hadisələrin tez-tez belə olduğunu əlavə edib.
O, Heard ilə Avstraliyaya “Karib dənizinin quldurları” filminin çəkilişləri üçün getdiklərini, orada şiddətli dava etdiklərini və Heardın ona şüşə atdıgını dilə gətirib.
Deppin hadisədən sonra təcili yardım otağında çəkilən görüntüləri də məhkəmədə paylaşılıb.
O, həmin anlarda şokda olduğunu vurğulayıb və hekayəni danışmağa davam edib: “Təcili yardıma gedəndə Heardın başına bəla olmasın deyə barmağımın sıxışdıgını söylədim”.
58 yaşlı Depp münsiflər heyətinə bildirib ki, atası onu tərk edəndə anası kimi intihara cəhd edəcəyindən qorxduğu üçün iddia edilən istismara baxmayaraq, Heardın yanında qalıb.
Bildirilib ki, məhkəmə ən azı altı həftə çəkəcək.
Günay İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB