Ermənistanın hazırkı hakimiyyətinin Ermənistan və artsaxın təhlükəsizliyi məsələlərində legitimliyi yoxdur. O vaxt hakimiyyət vətəndaşları azdırıb, səs alıb, indi isə vətəndaşın iradəsinə zidd siyasət aparır. Yəni demək istəyirəm ki, bu gün Ermənistanda antidemokratik proses gedir. (...hansı demokratiyadan söhbət gedir?)
Deməli, bunu Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan öz “Facebook” səhifəsində yazıb.
Armana görə, hakimiyyətin indiki siyasəti 2021-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etdikləri proqrama ziddir.
Deyim ki, bu erməniləin işi Tanrıya deyə bilmərəm, amma kiməsə qalıb. Yəni, bunların həmişə olduqları kimi bu gün də yuxarıda yerləri yox, aşağını da bəyənmək istəmirlər. İndi Rusiya ilə bağlı baş verənlərin sonu bir az dumanlıdır. Nə bilmək olar,..hər şey ola bilər.
Buna görə də hazırda Ermənistandakı əsl problem, təbii ki, bütün ermənilərə şamil edilməsə də, bəzilərinin Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması məsələsidir. Nikol da getmir. Maraqlıdır ki, ona 2008-ci ilin martın 1-ni xatırladıb, Ermənistanda təkrar şəkildə qan tökəcəklərini deyib “xox” da gəlirlər, amma qan bahasına belə Paşinyanı istefaya məcbur edə bilmirlər.
O da maraqlıdır ki, bu gün Ermənistanda hakimiyyətlə əleyhdarları arasındakı mübarizəni hərə bir adla çağırır. Məsələn, erməni ictimai-siyasi xadim kimi təqdim edilən Qaregin Miskaryan iddia edir ki, bu gün ölkədəki hakimiyyət-müxalifət qarşıdurması populizmlə elə populizmin mübarizəsindən başqa bir şey deyil. Yəni erməni xadimin dediyindən belə başa düşülür ki, hazırda erməni müxalifəti populizmdə ittiham etdiyi hakimiyyətlə elə populist üsul və alətlərlə mübarizə aparmağa çalışır. Deyim ki, Miskaryan dediklərini əsaslandırmağa da çalışır. Məsələn o iddia edir ki, bu gün bəzi erməni müxalifətçilərin bayraq təbliği, (...yadınızda olar, erməni parlamentindəki “artsax bayrağı” ilə bağlı yaşantıları nəzərdə tutulur-A.B.) artsaxa uğursuz səfərlər populizmin təzahürlərindən başqa bir şey deyil. Və dərindən qazsaq görərik ki, Ermənistan parlamentində nə hakimiyy't, nə də müxalifət var. Sadəcə olaraq, onun divarları arasında toplaşan insanların dövlətlə heç bir əlaqəsi-zadı yoxdur. Sadəcə olaraq, onlar erməni dövlətinin problemlərini həll edə bilmirlər və bütün fəaliyyətləri hakimiyyət uğrunda acınacaqlı, ucuz mübarizəyə gedir.
Maraqlıdır ki, Miskaryan bu vəziyyəti indiki erməni siyasi düşüncəsinin qıtlığı ilə izah edir. Yəni onun dediklərindən bu gün Ermənistanda heç bir gücə malik müxalifətin olmadığı anlaşılır. Məhz bu mənada hazlrda özünə müxalifət deyən ermənilərin bayraqlar dalğalandırmaq, anlaşılmaz bəyanatlar vermək və digər populist addımlarla öz varlığını xatırlatmaqdan başqa çarəsi yoxdur. Ermən xadimə görə, hökumət, iqtidar partiyası isə bu işdə ancaq onlarla ayaqlaşmağa çalışır.
Qeyd edim ki, Qaregin Miskaryan bu gün (...təkcə bu günmü?) İrəvanın xarici siyasətinin xarici təzyiq altında formalaşdığını bildirərək, Ermənistanın Azərbaycanla danışıqlar masasına oturub-durmayacağının cavabının da Ermənistan müxalifət və ya hakimiyyətdən deyil, xarici geosiyasi oyunçuların maraq və təsirindən asılı olduğunu iddia edir.
Miskaryanın sözlərinə görə, Ermənistan rəhbərliyi və müxalifətinin əksər addımları Ermənistanın maraqlarına elə də zidd deyil. Yəni bəzən onlara nəzarət edən xarici qüvvələrin gündəliyi ilə üst-üstə düşə bilər. Amma xarici gündəliyin Ermənistanın maraqları ilə üst-üstə düşmədiyi hallarda onlar kənar təzyiqlərə tab gətirə bilmirlər.
...Təbii ki, burada erməni parlament sədrinin keçmiş müavini, respublikaçı Eduard Şarmazanovu xatırlamamaq olmur. Yazının əvvəlində də dediym kimi, bu gün onun və onun “başbiləni” Serjik Sarkisyanın nə yuxarıda, nə də aşağıda yeri yoxdu deyə, ötən günlərin xiffətini çəkirlər. Deyim ki, hətta erməni saytlarına verdikləri bəzi açıqlamaları ilə gündəmdə qalmağa da çalışırlar.
Məsələn, o gün Şarmazanov yenə də özünə layiq “basıb-bağlayıb”. Sarkisyanlı Ermənistanı yada salıb. Ermənilərə növbəti “soyqırım”ın ildönümü ilə bağlı başsağlığı verib. Amma bir şeyə təəssüflənib. Təəssüflənib ki, bu il “soyqırım”ın ildönümü ilə bağlı İrəvanda keçiriləcək yürüş erməni hakimiyyətinin açıq şəkildə Ermənistanın və artsaxın maraqlarını Ankara və Bakıya təslim etmək kursu apardığı bir vaxta təsadüf edir.
Şarmazanov daha sonra hazırda gah nəzakətli, gah da çox həyasız diplomatik oyunun pərdə arxasında nələr baş verdiyini bütün ermənilərin anladığını bildirib. O,Qərb dünyası ilə Rusiya arasında bugünkü sərt qarşıdurmada ölkəsinin düşdüyü əlacsızlığından gileylənib. Amma, deyim ki, erməni olduğunu da unutmur. Bu gün Rusiyanın sıxışdırılmasının avtomatik olaraq Türkiyənin regiondakı rolunun artıracağını xatırladır. Hakim rejimə könüllü və ya qeyri-ixtiyari dəstək verən hər bir erməninin Azərbaycan və Türkiyənin revanş planlarına xidmət etdiyini deyir.
Maraqlıdır ki, erməni iqtidarının ünvanına xeyli deyinən Şarmazanov sonda “öz etirafında” bulunaraq bəyan edir ki, bu gün iqtidarda olan rusofoblar ümid edirlər ki, "...Rusiya məğlub olacağı təqdirdə bura Qərb gələcək. Yox, yanılırsınız ...Türkiyə bura gələcək!".
Təbii ki, təkcə Şarmazanovun deməsiylə deyil axı...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB