Putin və Lavrovun qızlarına qarşı sanksiyalar...

144 rusiyalı deputat da Avstraliya tərəfindən tətbiq edilmiş sanksiyalar siyahısındadırlar
Putin və Lavrovun qızlarına qarşı sanksiyalar...

Avstraliya Putin və Lavrovun qızlarına qarşı sanksiyalar tətbiq edib. Beləliklıə, bundan sonra onların ölkəyə girişinə icazə verilməyəcək.

Bundan əlavə, 144 rusiyalı deputat da Avstraliya tərəfindən tətbiq edilmiş sanksiyalar siyahısındadırlar.

SİA xəbər verir ki, bu barədə “UNN” “The Canberra Times”a istinadən xəbər verir.

Xatırladaq ki, Putinin qızları Mariya Vorontsova və Katerina Tixonovaya qarşı oxşar sanksiyalar daha əvvəl ABŞ və Böyük Britaniya tərəfindən tətbiq edilmişdi.

Onu da qeyd edək ki, 114 rusiyalı deputatlar Putinin qanunsuz olaraq elan etdiyi “Donetsk Xalq Respublikası”-”Luqansk Xalq Respublikası” təşkilatlarının “müstəqilliyini” tanımasını dəstəklədikləri üçün Avstraliya hökuməti tərəfindən sanksiyalara məruz qalıblar.

Bu arada Avstraliyanın xarici işlər naziri Maris Peyn bundan sonra da ölkəsinin Ukraynanı dəstəkləməyə davam edəcəyini və “Rusiyanın əsassız təcavüzünə görə məsuliyyət daşıyanlara” qarşı sanksiyalar tətbiq edəcəyini bildirib.

Yeri gəlmişkən aprelin 14-də Avstraliya Rusiyanın dövlət şirkəti olan “Qazprom”a qarşı da sanksiyalar tətbiq edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə