Britaniya Ukraynaya 500 milyon dollar kredit ayırır

Britaniya Ukraynaya 500 milyon dollar kredit ayırır

Böyük Britaniya Ukraynaya 500 milyon dollar məbləğində kredit şəklində maliyyə yardımı göstərmək qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib.

Onun sözlərinə görə, Britaniya xəzinədarlığının rəhbəri müharibə şəraitində dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün tərəfdaş ölkələrin resurslarının bir hissəsinin təcili olaraq Ukraynaya verilməsi çağırışını dəstəkləyib.

Marçenko, həmçinin qeyd edib ki, Britaniya Ukraynaya digər ölkələrin və maliyyə təşkilatlarının cəlb edilməsinə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə