“Çin artıq bizə hörmət etmir, İran daha bizdən qorxmur...”

Tramp bildirib ki, onun administrasiyası dövründə Ukraynada silahlı münaqişə baş verə bilməzdi
“Çin artıq bizə hörmət etmir, İran daha bizdən qorxmur...”

...Bu arada ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu gün dünyanın öz tarixinin ən təhlükəli nöqtəsinə çatdığını bildirib.

SİA bu barədə “RİA Novosti”yə istinad edir.

Beləliklə, Tramp hazırda ABŞ-ın ən təhlükəli dövrə gəldiyini bildirib. Onun sözlərinə görə, dünya əvvəllər heç vaxt bu qədər təhlükə ilə üzləşməyib.

Qeyd edim ki, keçmiş ABŞ prezidenti bunu Floridada keçirilən illik “Heritage Foundation” tədbirində bəyan edib.

Maraqlıdır ki, o mövcud vəziyyətə görə silah texnologiyasının inkişafını günahlandırıb: “Silahlar indi əvvəllər görünməmiş səviyyədədir. Bizdə olan indi başqalarında da var. Amma əvvəllər belə bir şeylər olmayıb” - Tramp deyib.

O, əvvəllər olduğu kimi, bu dəfə də, onun administrasiyası dövründə Ukraynada heç bir silahlı münaqişənin baş verə biləcəyinə imkan verməyəcəyini bəyan edib.

“…Çin artıq bizə hörmət etmir, İran bizdən qorxmur. …Və Ukraynaya dəhşətli işğalı ilə Rusiya sadəcə olaraq liderlərimizin nə qədər zəif hesab etdiyini göstərdi”.

Yeri gəlmişkən bir müddət bundan əvvəl Yeqor Qaydarın keçmiş müşaviri, isveçli diplomat, Rusiya və Ukrayna iqtisadiyyatı üzrə ekspert Anders Aslund NATO-ya Rusiyaya münasibətdə necə hərəkət etməli olduğuna dair məsləhətlər verib.

Belə ki, o alyansa Rusiya şəhərlərini bombalamağı məsləhət görüb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə