Avropa İttifaqı (Aİ) Şurası Şimali Koreyanın sanksiyalar siyahısına səkkiz fiziki və dörd hüquqi şəxsi əlavə edib.
SİA xəbər verir ki, bu barədə Şuranın Brüsseldə yaydığı kommünikedə deyilir.
Məhdudlaşdırıcı tədbirlərə Aİ ölkələrinə səyahət qadağası, aktivlərin dondurulması və bu siyahıda olan şəxslərə maliyyə resurslarının verilməsinə qadağa daxildir.
Sənəddə qeyd edilir ki, siyahıda raket proqramının inkişafı ilə bağlı qurumlarda rəhbər vəzifələrdə çalışan şəxslər, habelə qanunsuz silah proqramları üçün vəsait yarada biləcək qurumlar yer alıb.
Aİ KXDR-i sabitliyi pozan hərəkətlərini dayandırmağa və beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə hörmət etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB