...Ramzanın yalan üyütməsilə deyil axı.. budur dediyi yalanla bütün aləmi bir-birinə vurub.
Belə ki, qarşı tərəf, yəni ukraynalılar rusların Mariupolu tutmaq təhlükəsinin artıq aradan qaldırıldığını deyirlər. Əsas da göstərirlər....çünki Rusiyanın ora hücum etmək üçün kifayət qədər qüvvəsi yoxdur. (...yəni, belə çıxır ki, necə deyərlər, onlar girən kol deyilmiş?)
SİA xəbər verir ki, bu qənaətə Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Rusiya prezidenti Vladimir Putin arasındakı söhbəti təhlil etdikdən sonra gəlib.
Qeyd edək ki, Mark Feyqinlə söhbətində Aretoviç onların söhbətində Ukrayna üçün hansı üstünlüklər tapdığını da bəyan edib.
Onu da qeyd edək ki, bundan əvvəl Şoyqunun Mariupolun tutulması ilə bağlı Putinə yalan dediyi bildirilib (...yəqin o da indi Ramzanın danışdığı yalanının güdazına gedəcək)
Aretoviç bildirib ki, əvvəla ruslar “Azovstal”ı ala bilməzlər...
İkincisi, onlar başa düşürlər ki, “Azovstal”ı almaq vəzifəsini qarçılarına məqsəd qoysalar bu halda ora qoşun yeritməlidirlər. Bu isə həmin o qoşunlar üçün ölümlərinə qol çəkməkdir.
Aretoviç əlavə edib ki, ruslar Mariupolu tutulduqlarını elan ediblər. Amma bu yalandır, şübhə etmirəm, Mariupolda döyüşlər davam edəcək. Amma bu döyüşlər Ukrayna tərəfi üçün daha təsirli olacaq, çünki rus qoşunları azdırlar. Bu o deməkdir ki, Mariupolun süqut təhlükəsi artıq geri çəkilib.
...Bir daha xatırladaq ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Danilov Putin və Şoyqunun Sibirdə ukraynalılar üçün həbs düşərgələri yaratmaq istədiyini bildirib. (...yəqin Mariupoldan göndərilənlər həmin həbs düşərgələrinin ilk sakinləri olacaqmışlar).
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB