Rusiyanın başladığı müharibə nəticəsində Ukraynaya dəyən ümumi zərər mülki itkilər, ÜDM və investisiyalar nəzərə alınmaqla 564,9 milyard dollara çatır. Qeyd edək ki, bunu təqribən 20 gün əvvəl İqtisadiyyat nazirinin birinci müavini Yuliya Sviridenko bildirmişdi.
O əlavə olaraq bildirmişdi ki, ən azı iki sayma üsulu var. Birincisi, birbaşa məhv edilməsindən itkilərin qiymətləndirilməsi, ikincisi, hərbi əməliyyatların ümumi təsirindən, yəni bütün nəticələrin, o cümlədən ştatda iqtisadi vəziyyətin pisləşməsi, işsizliyin artması, ticarətin qarşısının alınması, istehlakçı tələbinin azalmasının hesablanmasıdır.
Bu gün isə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna iqtisadiyyatını bərpa etmək üçün ayda 7 milyard dollara qədər ehtiyac duyulduğunu bildirib.
Ukrayna lideri Beynəlxalq Valyuta Fondu və Dünya Bankının dəstəyi ilə tez bir zamanda ölkənin bərpası və yenidən qurulmasına ümid etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB