Çexiya ilə ABŞ arsında hərbi əməkdaşlıq sazişi

Çexiya ilə ABŞ arsında hərbi əməkdaşlıq sazişi

Çexiyanın müdafiə naziri Yana Çernoxova və amerikalı həmkarı Lloyd Ostin Vaşinqtona rəsmi səfəri zamanı hərbi əməkdaşlıq haqqında sazişin bağlanmasında qarşılıqlı maraqlı olduqlarını təsdiqləyiblər.

Bu barədə Çexiya televiziyası öz diplomatik mənbələrinə istinadən məlumat yayıb.

“ABŞ və Çexiyanın Müdafiə nazirliklərinin rəhbərləri iki ölkə arasında hərbi əməkdaşlıq sazişi bağlamaq niyyətlərini təsdiqləyiblər. Bu saziş Vaşinqtonun əksər digər NATO üzv dövlətləri ilə imzalanıb”, -RİA Novosti xəbər verir.

SİA bu barədə “RİA Novosti”yə istinad edir.

Eyni zamanda, Praqa ilə Vaşinqton arasında razılaşmanın daha ümumi olacağı dəqiqləşdirilir. Xüsusilə, Çexiyaya göndərilən amerikalı hərbçilərin dəqiq sayı qeyd olunmayacaq.

KİV-in məlumatına görə, nazirlər arasında aparılan danışıqlar zamanı hər iki ölkənin müdafiə sənayesi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Pentaqon ABŞ-ın tezliklə Ukrayna əsgərlərinə Amerika haubitsalarından istifadə etmək üçün təlimlərə başlayacağını açıqlamışdı.

ABŞ ordusunun təlimçilərin hazırlanması sxemindən istifadə edəcəyi dəqiqləşdirilib. Beləliklə, amerikalı təlimatçılar növbə ilə ukraynalı əsgərə təlim keçəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə