ABŞ Hərbi Dəniz Qüvvələri hazırda Qara dənizdə əməliyyatlar keçirməyi planlaşdırmır. Bu barədə Pentaqonun sözçüsü Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin Qara dənizdəki əməliyyatlarda iştirak edib-etmədiyini soruşsanız, cavab yox olacaq”. SİA “RİA Novosti”yə istinadən Kirbinin sözlərindən sitat gətirir.
Xatırladaq ki, martın sonunda ABŞ Ukraynada baş verən hadisələrə görə gəmilərini Qara dənizdən çıxarmışdı. Pentaqon qeyd edib ki, gəmilərin Qara dənizə nə vaxt qayıdacağı barədə məlumatsızdırlar. Bu qərar ABŞ-ın, eləcə də müttəfiq və tərəfdaşlarının milli təhlükəsizlik maraqlarından asılı olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB