"...Rusiyada ukraynalılar üçün həbs düşərgələri yaratmağı planlaşdırırdılar”.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksiy Danilov məlumat verib.
SİA şura rəhbərinin dedikləri ilə bağlı “UNİAN” saytına istinad edir.
Beləliklə, Danilovun sözlərinə görə, Ukraynaya qarşı genişmiqyaslı işğala təkcə Putin qərar verməyib. Bu, Rusiyanın ali siyasi rəhbərliyinin qərarıdır. Rus qoşunlarının əsas vəzifəsi Ukraynanı, onun xalqını məhv etmək, Ukraynanı müstəmləkəyə çevirməkdən ibarət olmalıydı.
Qərbi Sibirdə Putin və Şoyqu ukraynalılar üçün yeni şəhərlər salmaq üçün konsentrasiya düşərgələri yaratmağı planlaşdırırdılar. Bu gün şübhə yoxdur ki, Rusiya dayanmayacaq. Amma biz onları bütün Ukrayna ərazilərindən, o cümlədən Krımdan da qovmayana qədər müharibəni bitirməyəcəyik.
Danilov onu da qeyd edib ki, müharibənin daha çox əsas mərhələləri ola bilər, məsələn, Donbass uğrunda döyüş...
Qeyd edək ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri də bu gün Ukraynanın ağır silahlara ehtiyacı olduğunu bildirir: “Bu gün bizə kömək edən hər kəsə minnətdarıq. Bizə inandıqlarına görə minnətdarıq. Amma vaxt məsələsi həyati əhəmiyyət kəsb edir”.
Xatırladaq ki, bir müddət bundan əvvəl prezident Zelenski zorla Rusiya Federasiyasına aparılan Ukrayna vətəndaşlarının sayını açıqlamışdı. Bununla yanaşı, o aparılan ukraynalıların Rusiya Federasiyasının ucqar bölgələrinə yerləşdirildiklərini və yenidən Ukraynaya qayıtmaq cəhdlərinə hər cür mane olmağa çalışdıqlarını bildirmişdi.
Bu arada Qərb mətbuatı, qanunsuz deportasiya edilmiş ukraynalıların həqiqətən də Rusiya Federasiyasının ən ucqar və əlverişsiz regionlarına göndərildiyi barədə material dərc etmidi.
Belə ki, Qərb mətbuatı onların Sibirə, Çeçenistana, Uzaq Şərqə və Şimali Qafqaza göndərildiklərini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB