Türkiyə ilə Tacikistan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb

Türkiyə ilə Tacikistan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb

Milli müdafiə naziri Hulusi Akar Tacikistanın müdafiə nazir general Şerali Mirzo ilə görüşüb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Hulusi Akar Türkiyədə rəsmi səfərdə olan Mirzonu Milli Müdafiə Nazirliyində hərbi mərasimlə qarşılayıb. İki nazir əvvəlcə təkbətək görüşüb, daha sonra çoxtərəfli görüşə başçılıq ediblər. İkitərəfli, regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşlərdə nazir Akar Türkiyə ilə Tacikistan arasındaki ortaq inanc, tarixi və mədəni əlaqələrin olduğuna diqqət çəkib. Sərhəd təhlükəsizliyi, terrora qarşı mübarizə və digər sahələrdə təcrübə mübadiləsinə hazır olduqları bildirib.

Çoxtərifli danışıqlardan sonra Türkiyə ilə Tacikistan arasında Hərbi sahədə əməkdaşlığı nəzərdə tutan razılaşma imzalanıb. Daha sonra Akar və Mirzo Quru Qoşunları Komandanlığınakeçib.

Bütün xəbərlər Facebook səhifəmizdə