ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Dalip Sinqh onlayn seminarda ABŞ hakimiyyətinin Rusiya ilə qarşıdurmanın bir hissəsi olaraq Finlandiya və İsveçi Şimali Atlantika Alyansına qoşulmağa sövq etdiyini bildirib.
SİA bu barədə “rambler”ə istinad edir.
“Biz Rusiyadan Avropaya enerji tədarükünü azaltmağa kömək etməklə, Finlandiya və İsveç kimi ölkələri NATO-ya üzv olmağa təşviq edirik. Bununla da alyansın şərq cinahını gücləndirib Putinə qarşı çıxmağa çalışırıq”.
Qeyd edək ki, TASS bunu ABŞ prezidenti köməkçisinin müavinindən sitat kimi gətirir.
Sinqin fikrincə, Finlandiya və İsveçin NATO-ya daxil edilməsi iqtisadi sanksiyalarla birlikdə Vaşinqtona Rusiyaya qarşı “rıçaq yaratmağa” imkan verməlidir.
Qeyd edək ki, bir müddət bundan əvvəl Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Finlandiya və İsveçi NATO-ya mümkün daxil olmalarının nəticələri ilə bağlı xəbərdar etdiyini bildirmişdi.
Bundan əvvəl Zaxarova diqqəti İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına daxil olmasının Avropanın şimalında sabitlik üçün risk yaratdığına, xüsusən də NATO-ya üzvlüyün onların milli təhlükəsizliyini gücləndirmək iqtidarında olmadığına diqqət çəkmişdi.
Verilən məlumata görə, Finlandiya və İsveç 2022-ci ilin yayında NATO-ya üzv olmaq niyyətindədir. Finlandiyanın müraciətinin iyunda, daha sonra isə İsveçin müraciəti gözlənilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB