Rusiya saytlarının yazdığına görə, bugünkü sanksiya risklərinə baxmayaraq, Rusiya valyutası möhkəmlənməkdə davam edir.
Belə ki, “AMarkets” analitik departamentinin rəhbəri Artem Deev “Invest-Foresight” jurnalına verdiyi müsahibəsində may bayramlarına qədər rublun möhkəmlənməsinin tamamilə proqnozlaşdırıla bilən hadisə olacağını bəyan edib
SİA bu barədə Rusiya saytlarına istinad edir.
Artem Deev etiraf edir, bu gün sanksiyalara görə Rusiya idxalı xeyli azaldıb və hətta Rusiya Federasiyası Mərkəzi Bankının xarici valyuta alışına qoyduğu məhdudiyyətlərə baxmayaraq, ölkə daxilində dollar və avroya olan tələbat hələ ki, ajiotaja çevrilməyib.
Bundan əlavə, ayın sonuna qədər ixracatçı şirkətlər vergi və aksizləri büdcəyə köçürmək üçün valyuta gəlirlərini sataraq, rubl almaqla milli valyutaya əlavə dəstək verəcəklər.
Bundan əlavə, nisbətən sakit xarici fon və Rusiyanın özündə sabit vəziyyət də rublun məzənnəsinə müsbət təsir göstərir.
“Buna görə də, çox güman ki, mayın 1-nə kimi dolların məzənnəsini təxminən 73 rubl, avronun məzənnəsini isə 84-85 rubl diapazonunda görə biləcəyik”. Bunu departament rəhbəri Deev bildirib.
Yeri gəlmişkən xatırladaq ki, Rusiya Mərkəzi Bankı ötən gün dolların məzənnəsini 74,999, avronun məzənnəsini isə 81,2239 rubl müəyyən edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB