Ramzandan ruslara “şad” xəbər..?

Rusların Ukraynanın hər yerində hərbi və mülki infrastruktura raket və bomba zərbələri dayanmır
Ramzandan ruslara “şad” xəbər..?

Rus silahlıları Mariupolda dəniz limanı və “Azovstal” zavodu ərazisinə hava zərbələri və hücum əməliyyatlarına davam etdirirlər.

Ümumiyyətlə, Ukraynanın hər yerində hərbi və mülki infrastruktura raket və bomba zərbələri atılmaqda davam edir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.

“...Düşmən Donetsk və Luqansk vilayətlərinin ərazisi üzərində tam nəzarəti ələ keçirmək məqsədilə şərq zonasında hücum əməliyyatlarını davam etdirirlər. Eyni zamanda, bütün Ukrayna ərazisində hərbi və mülki infrastruktura raket və bomba hücumları davam edir”.

Bunu Ukrayanadakı Baş Qərargah vurğulayıb.

Ukrayna saytlarının yazdığına görə, Rusiya hərbi texnikasının Belarus ərazisinə cəmləşmiş hissələrinin hərəkət intensivliyində əhəmiyyətli dərəcədə azalma qeydə alınıb. Buna baxmayaraq, Belarus silahlı qüvvələrinin ayrı-ayrı bölmələri Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edirlər.

“...Xarkov vilayətinin müvəqqəti işğal olunmuş ərazisində işğalçı rus qoşunları yerli əhalinin Ukrayna Müdafiə Qüvvələrinin nəzarətində olan əraziyə hərəkətini qadağan edir, Ukrayna tərəfdən humanitar yardımın çatdırılmasına mane olurlar”, - Bunu da Baş Qərargah vurğulayıb.

Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində özünü işğalçı elan edən hakimiyyət kişilərin səfərbər olunduğunu elan edib. Bundan əlavə, mövcud məlumata görə, mayın 1-də Xerson vilayətinin Rusiya Federasiyası tərəfindən işğal olunmuş hissəsində qondarma “referendum”un keçirilməsi planlaşdırılır. Mayın 2-dən 10-a qədər olan müddətdə isə “əhalinin siyahıyaalınması” keçiriləcək. Hələliksə, yerli sakinlərin yaşayış məntəqələri arasında hər hansı hərəkəti qadağan edilib.

Bu arada Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın ucqarlarındakı ruslara yeni müjdə verib onları sevindirməyə çalışıb. Belə ki, o Ukraynanın Mariupol şəhərinin rus qoşunları tərəfindən tutulduğunu bəyan edib.

...Heç baş açmaq olmur, belə bir şad xəbəri Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov dura-dura Ramzan niyə deyir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə