Avtobus 6 avtomobillə toqquşub

Türkiyənin İstanbul şəhərində marşrut avtobusu hərəkət zamanı 6 avtomobillə toqquşub.

SİA-nın məlumatın görə, hadisə Kağıthane rayonunda baş verib.

Qeyd olunur ki, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. İlkin məlumatlara görə, qəzaya sürücünün özünü pis hiss etməsi səbəb olub.

Hadisə nəticəsində xəsarət alanlar olmayıb. Özünü pis hiss edən sürücü həkimlərin ilkin yardımından sonra xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə