Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı Rusiya ordusunun Ukraynanın Mariupol şəhərindəki "Azovstal" sənaye zonasına hücumunu dayandırmağı əmr edib.
SİA bu barədə TASS agentliyinə istinadən məlumat verib.
Qeyd olunur ki, V.Putin sənaye zonasına hücumun davam etməsinin məqsədəuyğun olmadığını bildirib.
Xatırladaq ki, Rusiya ordusu fevralın 24-dən etibarən Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB