Yeddilik Qrupu (G7) ölkələri Ukrayna ərazisindəki hərbi münaqişə ilə əlaqədar olaraq Rusiya ilə maliyyə əməliyyatlarından imtina edib, digər dövlət və maliyyə institutlarını da buna əməl etməyə çağırırlar.
SİA xəbər verir ki, TASS bu barədə G7-nin mərkəzi bankları və maliyyə departamentləri rəhbərlərinin bəyanatına istinadən yazır.
Beləliklə bəyanatda qeyd edildiyi kimi, G7 ölkələri artıq Rusiya ilə hökumətlərarası maliyyə əməliyyatları, o cümlədən xüsusi borcalma hüquqi ticarəti aparmaq niyyətində deyillər. Onlar əmin olduqlarını bildiriblər ki, Rusiya Federasiyası da beynəlxalq maliyyə institutlarından, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan maliyyə yardımı almayacaq.
Bundan əlavə, bəyanatda o da deyilir ki, G7 ölkələri Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etməkdə davam etmək niyyətindədirlər. Onlar təzyiqi nə qədər lazımdırsa, o qədər artıracaqlarına da söz verirlər.
G7 ölkələri Rusiya və Ukrayna arasında hərbi toqquşmanın “qiymətini qaldırmağa” və Rusiya Federasiyasının tətbiq edilən sanksiyalardan yayınmaq cəhdlərinin qarşısını almağa davam edəcəklər.
...Rusiya Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməlidir. Bundan əvvəl isə o, Ukraynadakı hərbi əməliyyatları dayandırılmalıdır. Deyim ki, bu da G7 ölkələrinin tələbidir.
Maraqlıdır ki, bu arada Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın bu qərarları nəzərə almayacağını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB