Yeni qlobal silahlanma yarışı geniş vüsət alacaq

Çin Kiyev rejiminin Rusiyaya verdiyi vədlərdən niyə imtina etdiyini açıqlayıb
Yeni qlobal silahlanma yarışı geniş vüsət alacaq

ABŞ-ın Ukraynanın tərəfini tutub, ona hərbi yardım göstərməsi, təbii ki, Rusiya ilə diplomatik danışıqlara və münaqişənin sülh yolu ilə həlli cəhdlərinə mənfi təsir göstərir.

SİA-nın “RİA Novosti”yə istinadən bildirir ki, bunu Çin Beynəlxalq Münasibətlər Cəmiyyətinin vitse-prezidenti Liu Jun Çinin “Huanqiu Shibao” nəşri üçün yazdığı məqalədə bildirib.

Çinli siyasətçinin yazdığına görə, danışıqların əvvəlki raundlarında Ukrayna Rusiyanın Şimali Atlantika Alyansına qoşulmamaq və bitərəf qalmaqda davam etmək şərtləri ilə praktiki olaraq razılaşmışdı. Lakin sonradan Kiyev hakimiyyəti bundan imtina etdi və bunula da diplomatik danışıqlar dalana dirəndi.

Maraqlıdır ki, Liu Jun burada əsas səbəbkar (...günahkar daha doğru olardı) kimi ABŞ- görür. Onun fikrincə, məhz Vaşinqton Ukraynanın Rusiya ilə hərbi münaqişəni davam etdirməyə sövq edir. Bundan əlavə, çinli siyasətçiyə görə, Kiyev hakimiyyəti Qərbin planları ilə bağlı illüziyalarından hələ tam qurtula bilməyib.

Liu Jun onu da bəyan edir ki, Amerika hərbi-sənaye kompleksinin real maraqları ABŞ-ın dünyada hegemonluğunun saxlanmasına yönəlib və bu, Ukraynada hərbi əməliyyatların davam etdirilməsini tələb edir.

Məqalə müəllifi əmin olduğunu bildirib ki, ABŞ silahlarının yayılması və NATO-nun hərbi maşınının yenidən işə düşməsi bütün dünyada sülhə mənfi təsir etməklə yanaşı, yeni qlobal silahlanma yarışına da geniş vüsət verəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə