...Fransalı iqtisadçı, Paris Təkmil Araşdırmalar və Beynəlxalq İnformasiya Mərkəzinin elmi müşaviri Mişel Aqlietta “Le Monde” nəşrinə müsahibəsində Ukrayna böhranından qalib gələnlərin adlarını açıqlayıb.
SİA bu barədə “lenta.ru” saytına istinad edir.
Beləliklə, ekspertin fikrincə, Ukrayna böhranı dünyanı dolların hegemonluğundan əl çəkməyə sövq edərək, yuanın beynəlxalq səviyyədə mövqelərini gücləndirəcək.
O, 2001-ci ildən 2021-ci ilə qədər dünya valyuta ehtiyatlarında dolların payının 70 faizdən azalaraq 59 faizə düşdüyünü xatırladıb. Eyni zamanda, bu arada yuanın çəkisinin hələ məhdud da olsa artdığını diqqətə çatdırıb. Maraqlıdır ki, o bunun səbəbini də göstərib: “ ...bir sıra ölkələrin, xüsusən də Asiya ölkələrinin Qərbin təsir zonasını tərk etməyə çalışmaları”. O da maraqlıdır ki, fransalı elmi müşavir Ukraynada baş verən hadisələr fövqündə beynəlxalq birjada yuanın bahalaşmasını sürətləndirəcəyini istisna etmir. Dollar isə, müşavirə görə, səviyyə və dominant mövqeyini itirəcək.
İqtisadçının sözlərinə görə, ÇXR artıq öz ərazisində rəqəmsal yuanın sərbəst dövriyyəsi sayəsində bu sahədə üstünlük əldə edib. Amma ABŞ valyutası ilə bağlı çətinliklər hələ 1980-ci illərdə, “neoliberal qloballaşma”nın çiçəklənməyə başladığı zaman yaranmağa başlayıb.
Aqlietta bildirib ki, rəqəmsal valyutalar ölkələrin beynəlxalq maliyyə axınlarından müstəqilliyini gücləndirməyə kömək edəcək, lakin bu halda bu ölkələrin bir-biri ilə ticarət aparması və maliyyə xaosundan qaçmaq üçün qlobal maliyyə sistemində dərin islahatlar aparılmaq, ümumi rəqəmsal protokol tələb olunur.
Bundan əlavə, belə bir addım beynəlxalq əməkdaşlığın gücləndirilməsini tələb edəcək.
Xatırladaq ki, bir müddət bundan əvvəl prezident Vladimir Putin hökumətə xarici ticarətin dollar və avrodan çıxarılmasını sürətləndirməyi tapşırmışdı. O, həmçinin hesablaşmaları rublla və “etibarlı biznes tərəfdaşı olan ölkələrin milli valyutaları ilə” aparmağa çağırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB