"Mən İslamla mübarizə aparmıram, şəriət adlı dini qanunu tətbiq etməyə çalışan islamçı ideologiya ilə mübarizə aparıram. İctimai yerlərdə hicabın qadağan edilməsinin tərəfdarıyam”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Fransada prezidentliyə namizəd, ifrat sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen hazırkı Prezident Emmanuel Makronla debatda söyləyib.
Onun fikrincə, hicab islamçıların aşıladığı uniformadır.
Fransanın dövlət başçısı isə rəqibinin fikirlərinə qarşı çıxaraq qadağanın vətəndaş müharibəsinə səbəb ola biləcəyini bildirib:
“Siz təklif edirsiniz ki, Fransa ictimai yerlərdə dini simvolu yasaqlayan ilk ölkə olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB