Macarıstan mətbuatında bu ölkə hökumətinin Brüsselin Rusiya neft və qazının alınması ilə bağlı elan etdiyi boykotu dəstəkləməmək qərarını izah edən bir sıra məqalə dərc olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Macarıstanın nüfuzlu “Budapest Business Journal” biznes qəzetinin baş məqaləsində Rusiya qazına qoyulan embarqonun Avropada həyat səviyyəsinin aşağı düşməsinə səbəb olacağını hesab edən ekspertlərin bir sıra arqumenti yer alıb. Müəlliflərin fikrincə, Avropa İttifaqının belə bir addımı avropalıların evlərini qızdıra bilməyəcəyinə gətirib çıxara bilər. Ümumilikdə, bu nəticələr “hər yerdə iğtişaşlara” səbəb ola bilər.
"Macarlar küçələrdəki iğtişaşlarla müqayisədə evdəki istiliyi üstün tuturlar" - bugünkü baş məqalənin başlığı belədir, bu da öz növbəsində onun məzmununu tam əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB