İstanbul -Sofia Ekspress reysləri başlayır

İstanbul -Sofia Ekspress reysləri başlayır

Nəqliyyat və İnfrastruktur Nazirliyi yeni növ koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar dayandırılan İstanbul Sofia Ekspress reyslərinin aprelin 25-dən bərpa ediləcəyini açıqlayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, İstanbul (Halkalı)-Sofiya marşrutunda hər gün qarşılıqlı daşıma həyata keçirən, ancaq 11 Mart 2020-ci il tarixində Covid-19 əleyhinə mübarizə məqsədi ilə görülən tədbirlər çərçivəsində dayandırılan İstanbul-Sofia Ekspress xidmətləri yenidən başladılır. Qeyd edilib ki, Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları (TCDD) və Bolqarıstan Dəmir Yolları ilə aparılan danışıqlar nəticəsində 25 apreldə İstanbuldan (Halkalı), 26 apreldə isə Sofiyadan ilk səfərlərin başlaması qərarına gəlinib. Sofia Express İstanbuldan saat 21.40-da yola düşəcək, saat 09.35-də Sofiyaya çatacaq. Qatar Sofiyadan isə saat 18.30-da hərəkət edəcək və 05:34-də İstanbulda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə