Rusiyalı nazırə qarşı hörmətsizlik...

G20-nin Vaşinqtondakı topıantısında Rusiyanın maliyyə naziri Anton Siluanovu “eşitmək istəməyiblər”
Rusiyalı nazırə qarşı hörmətsizlik...

G20-nin maliyyə nazirlikləri və mərkəzi bankları rəhbərlərinin Vaşinqtonda keçirilən iclasında Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış üçün söz alarkən bir sıra ölkə nazirləri salonu tərk ediblər.

SİA ”rambler”ə istinadən xəbər verir ki, bunu “Washington Post” yazır.

Beləliklə, nəşrin məlumatına görə, iclası tərk edənlər arasında ABŞ-ın maliyyə naziri Canet Yellen də olub. Onu da qeyd edək ki, Siluanov tədbirdə videobağlantı vasitəsilə iştirak edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi jurnalistlərə Canet Yellenin Rusiyanın iclasda iştirak edəcəyi təqdirdə, sözügedən iclasın bəzi sessiyalarını boykot etmək niyyətində olduğunu bildirmişdi.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl “Bloomberg” öz qaynaqlarına istinadən xəbər vermişdi ki, guya ABŞ Rusiyanın G20 sammitində iştirakının qarşısını almaq üçün hazırda təşkilata sədrlik edən İndoneziyaya təzyiq edib.

“Bloomberg”in məlumatına görə, əgər Rusiya prezidenti G20 sammitində iştirak hüququnu özündə saxlasa, bəzi ölkələrin liderləri ona səfər etməkdən imtina edə və aşağı səviyyəli nümayəndə heyətlərini göndərə bilər.

Bu arada Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezidentin növbəti G20 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı qərar situasiyanın inkişafından asılı olaraq veriləcəyini bildirmişdi.

Sonda qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden hələ martın 24-də Brüsseldə Rusiyanın G20-dən çıxarılmasının tərəfdarı olduğunu bəyan edəndə, maraqlı da olsa onun bu təklifinə bəzi digər ölkələr də qahmar çıxmışdı.

...Yeri gəlmişkən bu arada G20 formatının vacibliyini dilə gətirən Peskov, buna baxmayaraq indiki şəraitdə ondan kənarda qalmanın Moskva üçün elə də ölümcül olmayacağını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə