Ukrayna Rusiyanın gün ərzində itirdiyi hәrbi texnikasının sayını açıqlayıb

Ukrayna Rusiyanın gün ərzində itirdiyi hәrbi texnikasının sayını açıqlayıb

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyaya məxsus 1 təyyarəni, 1 helikopteri, 1 silahlı pilotsuz uçuş aparatı, 5 pilotsuz uçuş aparatı və 1 qanadlı raketi vurduqlarını açıqlayıb. SİA bu barədə Ukrayna saytlarına istinad edir.

Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri mövcud zenit-raket kompleksləri və zenit silahlarından istifadə edərək düşmənin daha çox hədəfini məhv etməyə davam edir.

Rusiya işğalçılarının son 24 saat ərzində 9 hədəfinin vurulduğu bildirilən açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Rusiyaya mәxsus 1 təyyarə, 1 helikopter, 1 silahlı pilotsuz uçuş aparatı, 5 pilotsuz uçuş aparatı və 1 qanadlı raket vurulub’’

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk Mariupol şəhərindən vətəndaşların tәxliyә edilmәsi üçün humanitar dəhlizin açılması ilә әlaqәdar Rusiya ilә razılaşdıqlarını deyib.

Ukrayna rəsmisi Mariupoldakı humanitar vəziyyəti “dәşşәtli” adlandırıb.

Mariupol meri isə bu gün 90 avtobusla 6 min insanı şəhərdən çıxarmağa ümid etdiklərini bildirib.

Mer həmçinin bildirib ki, şəhərdə 100 minə yaxın insan hələ də mühasirə altındadır.

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı da məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 20 900 hərbçisi öldürülüb.

Bundan başqa, Rusiyanın 171 təyyarə, 150 helikopter, 815 tank, 2 087 zirehli döyüş maşını, 391 artilleriya qurğusu, 67 hava hücumundan müdafiə sistemi, 136 reaktiv yaylım atəş sistemi, 1 504 avtomobil texnikası, 8 gәmisi, 76 yanacaq çәni vә 165 pilotsuz uçuş aparatı məhv edilib.

Qeyd edәk ki, Rusiya Müdafiә Nazirliyinin martın 25-dә yaydığı bәyanatda Ukraynada 1 351 rus hәrbçisinin öldüyü bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə