Konqoda sәrxoş hәrbçi mülki vәtәndaşlara atәş açıb...

...ölәn vә yaralananlar var
Konqoda sәrxoş hәrbçi mülki vәtәndaşlara atәş açıb...

Konqo Demokratik Respublikasının Cәnubi Kivu әyalәtindә qayığa atәş açan sәrxoş hәrbçi 8 nәfәri öldürüb, 7 nәfәri dә yaralayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә yerli mәtbuat orqanları mәlumat yayıb. Mәlumatda sәrxoş hәrbçinin Tanginika Gülü bölgәsinә gedәn qayığa atәş açdığı bildirilib.

Tәcavüzkar hәrbçi bölgә sakinlәri tәrәfindәn döyülüb.

Qeyd edәk ki, bazar ertәsi günü dә İturi әyalәtindә bir sәrxoş hәrbçi 3 hәmkarını vә 5 mülki vәtәndaşı öldürmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə