...Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovada “Müqəddəs Georgi” lentinə qoyulan qadağanı “xəyanət” adlandırıb.
SİA-nın məlumatına görə, bu barədə xəbəri TASS yayıb.
“Mən başa düşürəm ki, Moldovada da təzyiq var, amma elə şeylər var ki, onlara xəyanət etmək olmaz. Bu, isə əsl xəyanətdir”-deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, bu cür qərarlar dərin narahatlıq və qəzəb doğurur.
Qeyd edək ki, Moldova Prezidenti Maya Sandunun “Müqəddəs Georgi” lenti ilə bağlı sözlərini Zaxarova qəbuledilməz adlandırıb.
Xatırladım ki, aprelin 19-da Moldova Prezidenti Maya Sandu ölkə parlamenti tərəfindən əvvəllər təsdiq edilmiş “Müqəddəs Georgi” lentindən, eləcə də Z və V simvollarından istifadəni qadağan edən qanunu təsdiqləyib. Respublika başçısı bildirib ki, “...rəmzlərin yeri, elə Georgi lenti də daxil olmaqla tarixin zibilliyindədir, onlardan istifadə cinayətdir və istifadəçilər ciddi şəkildə cəzalandırılacaq”.
Əslində, qeyd edilməlidir ki, qadağa Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də elan etdiyi Donbasın mühafizəsi üzrə xüsusi hərbi əməliyyatın başlamasından sonra tətbiq edilmişdi. Amma rəsmi təsdiqini tapmamışdı.
Təbii ki, Rusiya buna biganə qalmayıb və dediyimiz kimi, Rusiyanın rəsmi nümayəndəsi Mariya Zaxarova Moldova hakimiyyətini “Müqəddəs Georgi” lentinin, Z və V simvollarının nümayişi və yayılmasına, habelə Rusiya telekanallarının yayımına qadağa qoyduğuna görə tənqid edib.
...Bu arada Moldova Xarici İşlər Nazirliyinin nümayəndəsi Daniel Voda Rusiyanın “Georgi lentinə” qadağa qoyulması və digər məsələlərlə bağlı Moldovanın ünvanına sələndirdiyi
bəyanatları Moskvanı respublikanın daxili işlərinə qarışması kimi dəyərləndirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB