Yunanıstan tərəfdən Türkiyə sularına itələnən 28 mühacir xilas edilib

Yunanıstan tərəfdən Türkiyə sularına itələnən 28 mühacir xilas edilib

Aydın vilayətinin Kuşadası qəsəbəsində Yunanıstan sahil xidməti tərəfindən Türkiyə ərazi sularına göndərilən 28 qeyri-qanuni mühacir xilas edilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Sahil Mühafizə Komandanlığından verilən açıqlamaya görə, Kuşadası sahillərində rezin qayıqda bir qrup qanunsuz miqrant olduğu xəbərinə görə qruplar bölgəyə istiqamətləndirilib.

Komandalar Yunanıstan sahil xidməti tərəfindən Türkiyə ərazi sularına göndərilən 28 mühaciri sahil mühafizə gəmisinə mindirərək sahilə çıxarıb.

Qanunsuz miqrantlar əməliyyatlardan sonra Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə