Görən, bu Kremli qane edəcəkmi?

Kiyev Kremlin sülh sazişi layihəsi ilə bağlı açıqlamasına reaksiya verib
Görən, bu Kremli qane edəcəkmi?

Deməli...çərşənbə günü Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya tərəfinin Ukrayna hakimiyyətinə “tamamilə aydın, işlənmiş dildən ibarət” nizamlanma sənədi layihəsini təqdim etdiyini bildirib.

Qeyd edək ki, mətbuat katibi Kiyevə bəzi iradlarını da izhar edərək deyib ki, bizim “humanizliyimizə” (?) baxmayaraq, amma Ukrayna tərəfi davamlı olaraq “öz sözlərindən uzaqlaşırlar, sonra nə bilim... daim onları dəyişirlər” və sair və ilaxır. Yəni Peskovun dediklərindən belə anlaşılır ki, guya “ukraynalılar danışıqlar prosesini intensivləşdirməyə elə də meyl göstərmirlər”.

Daha sonra o təmsil etdiyi rəsmi dövlət orqanının - Rusiya Xarici İşlər Nazirliyi adından bəyan edir ki, Rusiya-Ukrayna danışıqları davam edir,.. amma Kiyev bu danışıqları (...yox, həmişə olduğu kimi demir, amma deyir ki...) kənara çəkməyə çalışır.

“...Rusiya tərəfi təklifləri öyrənib və qarşılıqlı mövqelərini bildirib. Amma bu təkliflər siyasi və hüquqi xarakter daşıyır deyə onu öyrənmək, müqayisə etmək və nəticə çıxarmaq indi də bizim növbəmizdir”. Bunu isə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Bundan əlavə o xatırladıb ki, Kiyev martın 29-da İstanbulda keçirilən danışıqlarda nizamlanma sazişinin öz variantını təqdim edib. Sənəddə digər məsələlərlə yanaşı, Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı təkliflər də var. Amma...

Görən, bu Rusiyanı qane edəcəkmi?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə