“NATO ərazisinin hər kvadrat santimetrini müdafiə edəcəyik”

Almaniyanın xarici işlər naziri Annalena Baerbok fövqəladə vəziyyətdə NATO ərazisinin hər kvadrat santimetrini müdafiə edəcəklərini bildirib.
“NATO ərazisinin hər kvadrat santimetrini müdafiə edəcəyik”

Almaniya dövlət departamentinin rəhbəri Baerbok, Baltikyanı ölkələrə səfərindən əvvəl verdiyi açıqlamada bu barədə danışıb və Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbi ilə Latviya, Estoniya və Litvaya daha çox dəstək vəd edib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Fövqəladə vəziyyətdə alyansa aid ümumi torpaqların hər kvadrat santimetrini müdafiə edəcəklərini vurğulayıb. Ölkəsinin tərəfdaşlarının təhlükəsizliyini təmin etmək üçün daha çox işlər görməyə hazır olduğunu vurğulayıb. Ukraynaya haqlı mübarizəsində hər cür dəstək verməkdə davam edəcəklərini ifadə edən nazir: “Rusiya prezidenti Vladimir Putin insan həyatı başda olmaqla beynəlxalq hüquqa, xalqının həyatına və inkişaf imkanlarına hörmətsizlik edir. O, eyni vaxtda Avropa təhlükəsizlik arxitekturasının böyük bir hissəsini də məhv edib.

Avropada təhlükəsizliyin yenidən bərpasına töhfə verərək alyans üzvlərinin ölkəmizə olan güvənini artırdıq. İllərdir Baltikyanı ölkələrin enerji təchizatı və müdafiə təhlükəsizliyinə sərmayə yatırılır. Bunun səbəbi isə bu ölkələrin illərdir Rusiyanın siyasətindən narahatlıq duymalarıdır”-deyə nazir vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə