Ukrayna Ordusu Donetskin Marinka şəhərini geri qaytarıb

Ukrayna Ordusu Donetskin Marinka şəhərini geri qaytarıb

“Ukrayna qoşunları ölkənin şərqində bu vaxtadək Rusiya hücumlarının qarşısını ala bilib və bəzi yerlərdə uğurlu əks-hücum əməliyyatları həyata keçirib”.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya qüvvələri Xarkovda Ukrayna bölmələrinə və zəruri infrastruktura hücum edib. Vurğulanıb ki, cənubda - İzyum şəhərində Rusiya qüvvələrinin hücumu, ağır itkilər verməsi səbəbindən uğursuzluqla nəticələnib.Əlavə olunub ki, ukraynalılar Donetsk regionunun Marinka şəhərini əks-hücum əməliyyatı nəticəsində geri qaytara biliblər.

Baş qərargahın məlumatında o da vurğulanıb ki, Rusiya öz qoşunlarının Ukraynada yerləşdirilməsi məqsədi ilə Belarusdan çıxarılmasını davam etdirir. Bildirilib ki, Belarusdan qalxan Rusiya aviasiyası Ukraynadakı hədəflərə zərbələri davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə