ABŞ...əməliyyatlar aparmağa icazə verdi

ABŞ...əməliyyatlar aparmağa icazə verdi

ABŞ Maliyyə Nazirliyi qeyri-kommersiya təşkilatlarına Rusiyada humanitar fəaliyyət və "demokratiyaya dəstək”lə bağlı maliyyə əməliyyatları aparmağa icazə verdi.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, nazirliyin dərc etdiyi ümumi lisenziyaya əsasən, QHT-lər tərəfindən Rusiya əleyhinə sanksiyalara görə qadağan edilən maliyyə əməliyyatları Ukrayna və ya Rusiyada humanitar layihələrlə bağlı fəaliyyətə aid olduqda icazə verilir.

Sanksiyaların istisnasına təhsil sahəsində layihələr, səhiyyə sahəsində qeyri-kommersiya layihələri ilə bağlı əməliyyatlar da daxildir.

Xatırladaq ki, mart ayında ABŞ Xəzinədarlığı Rusiyadakı amerikalılara dollar əskinaslarını idxal və ixrac etməyə icazə verdi. Bir neçə gün əvvəl Amerika lideri Cozef Bayden, digər məsələlərlə yanaşı, Birləşmiş Ştatlardan və ya Birləşmiş Ştatların şəxsi tərəfindən, harada yerləşməsindən asılı olmayaraq, ABŞ dolları ilə əskinasların ixracını, satışını və ya tədarükünü qadağan edən sərəncam imzaladı.

Amma bununla belə, fərmanın istisnası Rusiya Federasiyasında yerləşən ABŞ vətəndaşlarına şamil edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə